ООО IDRAK Technology Transfer 

Баку

ООО IDRAK Technology Transfer 

1990-cı ildə “İdrak LTD” şirkəti təsis edilmişdir. 2003-cü ildə şirkət “İDRAK TEXNOLOJİ TRANSFER” adı altında qeydiyyatdan keçmişdir. Şirkətin əsas fəaliyyət istiqaməti müxtəlif mürəkkəblik səviyyəsinə malik informasiya sistemlərinin layihələndirilməsi, tətbiqi və müşayiət edilməsidir. Şirkət aparat və proqram təminatının işlənib hazırlanması, istehsal, sistem inteqrasiyası, texniki xidmət və dəstək göstərilməsi sahəsində həllər təklif edir. Məqsədimiz sifarişçilərə məhsulun yaradılma dövrünün bütün - “ideyadan məhsula qədər” mərhələlərini birləşdirən kompleks xidmətləri təqdim etməkdir.

1990-cı ildən etibarən Şirkət dövlət qurumları ilə fəal əməkdaşlıq edir. Bu illər ərzində sürücülük vəsiqələrinin verilməsi sistemi, nəqliyyat vasitəsinin texniki pasportunun verilməsi sistemi, texniki baxışdan keçmə nişanlarının verilməsi sistemi və s. bu kimi dövlət və korporativ səviyyəli müxtəlif sistemlər tətbiq edilmişdir.

2000-ci illərin əvvəlindən Şirkət mürəkkəb informasiya sistemlərinin və proqram təminatının işlənib hazırlanması bazarında iştirak etməyə başlamışdır. Bu illər ərzində aşağıdakı sistemlər hazırlanmış və tətbiq edilmişdir:

  • Milli şəxsiyyət vəsiqələrinin verilməsi sistemi (e-ID)
  • Elektron pasportların verilməsi sistemi (e-Passport)
  • Əcnəbi vətəndaşlara vizalarin verilməsi sistemi
  • Sərhəd-nəzarət sistemi
  • Təhlükəsizlik sistemləri - "Təhlükəsiz şəhər", "Təhlükəsiz region"
  • Yük daşımaların təhlükəsizliyi sistemi - “Elektron plomb”
  • Nəzarət olunan şəxslərin monitorinq sistemi - "ŞANS" və s.

2014-cü ildə Şirkətdə müxtəlif aparat vasitələrinin dizaynı, modelləşdirilməsi və prototipinin hazırlanması ilə məşğul olan konstruktor şöbəsi yaradılmışdır.

2016-cı ildən etibarən Şirkətdə elektronikanın işlənib hazırlanması işlərinə başlanılmışdır. Hazırkı kataloqda bizim həllərimizdən bəziləri təqdim olunmuşdur.

2018-ci ildən "Ağıllı əşyalar fabriki" fəaliyyət göstərməyə başlamışdır. Bu fabrikdə innovativ texnologiyaların tətbiqi yolu ilə yüksək keyfiyyətli məhsullar istehsal etmək üçün müvafiq işlər aparılır.

Bu gün "İDRAK Texnoloji Transfer" ölkəmizin informasiya texnologiylarının inkişafında ən mühüm rol oynayan şirkətlərdən biridir.